Bu gün dünya ictimaiyyəti beynəlxalq əlamətdar Ümumdünya Arılar Günü qeyd edir.
O, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sistemində qeyd olunur. Bu çərçivədə arı populyasiyasının azalması probleminə və təbiətin katalizatoru rolunu oynayan bu həşəratların qorunmasının vacibliyinə diqqət çəkmək üçün elmi konfranslar təşkil edilir. BMT Baş Assambleyası mayın 20-də qeyd olunan Ümumdünya Arılar Gününü müasir arıçılığın qabaqcılı sayılan məşhur sloveniyalı arıçı Anton Yanşanın doğum günü şərəfinə seçib.