Pirqulu stansiyasından 12 kilometr şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.