“İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Atletika Federasiyası ilə birlikdə Xankəndi ultra marafonu təşkil edir. Fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon ümumilikdə Xankəndindən Bakıyadək 380 km məsafəni əhatə edəcək. İştirakçılar Xankəndi – Yevlax (83 km), Yevlax – Ucar (84 km), Ucar – Hacıqabul (88 km), Hacıqabul – Qobustan (70 km) və Qobustan – Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.