Baharın ilk müjdəçisi olan su çərşənbəsində ölkənin meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov “Report”a bildirib ki, su çərşənbəsində Lənkəran, Astara, Quba, Xaçmaz, Oğuz, Zaqatala, Şəki, Bərdə, Ağdaş, Göygöl, Qazax və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bir gündə 55 344 ədəd ağac əkilib, 546 kiloqram palıd toxumu səpilib.