yağış

Gəncədə güclü yağış fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel keçib. Sel suları evlərə dolub. Bundan başqa, yağış suları şəhərdə avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradıb.

Hazırda qərb bölgəsində yağışlı hava şəraiti hökm sürür.

Əvvəlki məqaləNaxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
Növbəti məqalədəYekaterinburqda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirilib