Nik Mediç
Nik Mediç

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının illik sessiyaları iqlim dəyişikliyi ilə mübarizənin aktual məsələlərinin müzakirəsi və bunun həlli yollarının tapılması üçün mühüm platformadır.

Bu barədə “Report”a açıqlamasında bərpa olunan enerji üzrə britaniyalı ekspert Nik Mediç deyib.

Onun sözlərinə görə, bu sessiyalar olmasaydı, iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə heç bir irəliləyiş əldə olunmazdı.

Ekspert bildirib ki, beynəlxalq ictimaiyyət bu platformadan görülən işlərin nəticələrini qiymətləndirmək, yeni məqsədləri müəyyən etmək və görülməli olan tədbirlər barədə danışıqlar aparmaq üçün istifadə edə bilər: “Bu günə kimi ildə bir dəfə olmaqla 28 belə tədbir keçirməyimiz beynəlxalq ictimaiyyətin onlara nə qədər ciddi yanaşdığını göstərir”.

Qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) gözləntilərdən danışan N.Mediç xatırladıb ki, sessiya zamanı müzakirə olunacaq dəqiq gündəlik hələ məlum deyil, çünki adətən dörd ay əvvəl elan edilir: “Düşünürəm ki, COP29 ekoloji və sosial-iqtisadi davamlılığı təmin etməklə yanaşı, bütün dünyada enerjiyə “yaşıl keçidi” sürətləndirmək üçün Paris Sazişinin müddəalarını gücləndirməyə imkan verəcək”.

Əvvəlki məqaləMeşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilib
Növbəti məqalədəOğuz sakinlərindən nəcib təşəbbüs – yanmış meşə sahələri bərpa edilir