Beynəlxalq Enerji Agentliyimiz (IEA) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) COP28, Azərbaycanda COP29 və Braziliyada COP30 arasında davamlılığı asanlaşdırmaq üçün yaradılmış COP sədrliklərinin “üçlüyünü” (Troïka) dəstəkləmək üçün səylərini genişləndirməkdə davam edir.
Bu fikirlər Beynəlxalq Enerji Agentliyindən (IEA) AZƏRTAC-a verilən mətbuat açıqlamasında yer alıb. Bildirilir ki, IEA-nın fevral ayında COP28-in nəticələrinin həyata keçirilməsinə dair ev sahibliyi etdiyi enerji və iqlim liderləri ilə yüksək səviyyəli tədbirdən sonra növbəti addımları müzakirə etmək üçün keçən həftə Parisdəki qərargahda daha bir görüşü keçirilib.
Kopenhagendə IEA-nın icraçı direktoru Fatih Birol COP 29-un prezidenti təyin olunmuş Muxtar Babayevlə COP29-dan əvvəlki əsas mərhələləri, həmçinin əməkdaşlıq imkanlarını və IEA dəstəyini müzakirə ediblər. Berlində F.Birol Braziliyanın yaşıl iqtisadiyyat katibi Rodriqo Rollemberq ilə görüşündə bu ölkənin bu il G20 sədrliyi və 2025-ci ildə COP30 sədrliyi zamanı ədalətli enerji keçidləri kimi məsələlərdə əməkdaşlığı müzakirə olunub.
Həmçinin mətbuat açıqlamasında bildirilir ki, IEA-nın icraçı direktoru Fatih Birol Berlin Enerji Keçid Dialoqunun açılış sessiyasında Almaniyanın vitse-kansleri Robert Habeck və xarici işlər naziri Annalena Baerbock ilə birlikdə yüksək səviyyəli auditoriya qarşısında çıxış edərək, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-dan əvvəl əsas prioritetin inkişaf etməkdə olan iqtisadiyyatlarda təmiz enerjinin maliyyələşdirilməsinin artırılması olduğunu vurğulayıb. Fatih Birol BƏƏ-də COP28, Azərbaycanda COP29 və Braziliyada COP30 arasında davamlılığı asanlaşdırmaq üçün yaradılmış COP sədrliklərinin “üçlüyünü” (Troïka) dəstəkləmək üçün IEA-nın səylərini genişləndirməkdə davam etdiyini bildirib.
Fatih Birolun iqlim dəyişikliyi ilə bağlı “Financial Times”da dərc edilmiş məqaləsində bildirir ki, son illərdə baş verən hadisələr, o cümlədən qlobal enerji böhranı, yanacağın qiymətinin qalxması və ekstremal hava şəraitinin təsiri nə üçün irəli gedilməsi lazım olduğunu xatırladır. Qeyd olunur ki, hökumətlərin apardığı dəyişikliklər enerji keçidinin sürətinə yaxşı təsir göstərsə də, bəzi hallarda onu sürətləndirib, bəzi hallarda yavaşıtsa da, bu, iqlim dəyişiklikləri üzrə aparılan fəaliyyətin əsas istiqamətini dəyişdirməyəcək.