Lerikdə sel suları

Lerik rayonunda sel suları nəticəsində dağılan suötürücü borular bərpa olunub.

Lerik Rayon Fövqəladə Hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lerik və Yardımlı rayonları arasında yolun bərpası istiqamətində zəruri tədbirlər görülüb. Gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində axşam saatlarında hər iki rayon istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib.

Qeyd edək ki, bu yoldan Lerik rayonunun 30-a yaxın kəndinin sakinləri istifadə edirlər.

 

Əvvəlki məqaləNövbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək
Növbəti məqalədəNaxçıvanda 105 hektar torpaq sahəsində şoranlaşmanın qarşısı alınıb