Naxçıvanın enerji təminatı son 3 gündə tamamilə alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilib
Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, muxtar respublikanın enerji təminatı son 3 gündə ilk dəfə olaraq 100 % alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilib.