“Azərbaycanın COP29-a ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır”.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O bildirib ki, COP29-un danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur. Danışıqların uğurlu nəticələnməsi üçün mümkün həll yolları üzərində fəal iş aparılır.