BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) həm qardaş Azərbaycan və Türkiyə, həm də bütün dünya üçün çox vacib nəticələr verəcəyinə inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 17-də Ankarada Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı səsləndirib.
COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edən türkiyəli nazir, bu tədbirə çox ciddi hazırlıq prosesinın şahid olduqlarını diqqətə çatdırıb.
İqlim dəyişikliyi məsələsinin bütün ölkələr üçün vacibliyini vurğulayan nazir deyib: “Azərbaycanda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir. Ölkəmiz də bu tədbirdə aktiv iştirak edəcək. Türkiyə su ehtiyatlarının artırılması başda olmaqla, biomüxtəlifliklə bağlı bir çox sahəyə töhfə vermək niyyətindədir”.