Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) COP29 “İqlim dəyişmələri” mövzusunda dəyirmi masa keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən yazar, tərcüməçi, ictimai fəal Rüstəm Mirzəyev dünyada baş verən iqlim dəyişmələri, insanların ətraf mühiti çirkləndirməsi və təbiətin qorunmasının vacibliyi haqqında danışıb.
BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva gənclərin COP29-la bağlı layihələrdə yaxından iştirak etmələrinin zəruri olduğunu vurğulayıb.