şimşək

Milli Hidrometeorologiya Xidmətinin mayın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Xidmətdən verilən məlumata görə, hava bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Neftçalada 33, Astara, Qobustanda 10, Qaxda 6, Qəbələdə 4, Zaqatala, Şamaxı, Qrız, Şahdağda 3, Cəfərxan, Balakən, Şəki, Qubada 2, Astara, Göyçay, Kürdəmir, Biləsuvar, Lənkəran, Oğuzda 1 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 2 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 santimetr olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 12 dərəcəyədək, dağlıq rayonlarda 3-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

Əvvəlki məqaləAzərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
Növbəti məqalədəGüclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır