Ağsu

Ötən gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmənin baş verdiyi əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda sürüşmənin qeydə alındığı yolun 147-ci kilometrliyində çökən asfalt qatı və çiyin hissəsindəki torpaq qazılaraq ərazidən kənarlaşdırılır. Paralel olaraq xüsusi material, daş-çınqıl gətrilir. Günün ikinci yarısında yolda asfaltlanma işlərinin aparılması planlaşdırılır.

Hazırda 147-ci kilometrlikdə yolun hər iki zolağı tam bağlanıb, avtomobillər yolun torpaq hissəsindən növbəli keçməklə hərəkət edirlər.

Ərazidə xidmət aparan polis avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.

Əvvəlki məqalə20 may Ümumdünya Arılar Günüdür
Növbəti məqalədəSabah Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək