Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı festival keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və şəhid övladlarının ifasında mahnı səsləndirilib, uşaqlar tərəfindən səmaya sülhün carçıları olan göyərçinlər buraxılıb.
Daha sonra uşaq bağçası-körpələr evləri və məktəblər tərəfindən tullantılardan hazırlanan əl işlərindən ibarət guşələrlə tanışlıq olub və balacaların təqdimatları dinlənilib.
Həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün saç kəsimi aksiyası təşkil olunub.
Tədbirdə şəhid övladlarına və əl işləri sərgilənən sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim edilib. Uşaqlara dondurmalar paylanıb, eləcə də müxtəlif əyləncəli müsabiqələrin qalibləri mükafatlandırılıb.