Özbəkistan

Özbəkistanın İqlim dəyişikliyi üzrə Milli Mərkəzi şəhərlərin ekoloji dayanıqlığının ilk siyahısını – Özbəkistanın yaşıl şəhərlərin reytinqini (Uzbekistan’s Green Cities Rating) açıqlayıb.

14 şəhərin daxil olduğu siyahıda birinci yeri 100 baldan 62,29 bal toplayan Namangan tutub. Adambaşına düşən yaşıllıq sahəsi üzrə lider olan Səmərqənd 61,13 balla ikinci yeri tutub. Üçüncü yerdə respublika üzrə adambaşına ən az elektrik enerjisi istehlak edən və 59,50 bal toplayan Navoi şəhəri qərarlaşıb.

İlk beşliyə 57,25 balla Karşi və 56,03 balla Jizak şəhərləri daxil edilib. 46.44 bal toplayan Daşkənd 12-ci yeri tutub.

Ekoloji cəhətdən davamlı şəhərlərin reytinqi yeddi göstərici – havanın keyfiyyəti, torpaqdan istifadə, su istehlakı, nəqliyyat, enerji, tullantılar və sanitariya nəzərə alınmaqla tərtib olunub.

 

Əvvəlki məqaləHindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb
Növbəti məqalədəXəzər rayonunun Zirə qəsəbəsində 1,5 hektar ərazi tullantılardan təmizlənib