“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi

25.07.2024-cü il tarixində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsinin davamı olaraq Qax rayon Mərkəzi Kitabxanasının konfrans zalında dəyirmi masa keçirmişdir. Tədbirdə Mərkəzi Kitabxananın, H.Əliyev Mərkəzinin, Zərnə və Qaxbaş kənd kitabxanasının, Qax Suvarma İdarəsinin, İlisu dövlət qoruğunun, S.Vurğun adına Mədəniyyət Mərkəzinin işçiləri və Qax rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.

“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi

Tədbiri Mərkəzi Kitabxanasının müdiri Güllü xanım Əhmədova açdı. Xanım Əhmədova bu gün keçirilən bu tədbir ekoloji mövzuda, plastik torba və birdəfəlik qabların istifadənin azaldılması mövzusundadır. Bildiyimiz kimi 2024-cü il Azərbaycanda ölkə prezidentinin sərəncamı ilə “Yaşıl Dünya naminə həmrəylik ili” elan olunub və eyni zamanda noyabr ayında Azərbaycanda İqlim Dəyişmələri üzrə COP29 Beynəlxalq konfransı keçiriləcək. Bu möhtəşəm tədbirlər hamısı ekologiya ilə bağlıdır. Ona görədə “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin Qax rayonunda tədbirinin keçirilməsini dəstəkləyirik.

Sonra G.Əhmədova sözü təşkilatın sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi. S.Həsənov çıxış edərək Azərbaycanın ən gözəl turizm rayonlarından biri olan Qaxda bu tədbirin keçirilməsinin önəmli olduğunu qeyd etdi. Qax rayonu Böyük Qafqaz sıra dağlarının aşağı ətəyində yerləşdiyindən çox dilbər bir guşədə yerləşir. Burada hər yer yaşıl dağlarla əhatə olunub, təbii bir gözəllik var. İlisu kəndi və onun ətrafında yerləşən yaşıl gözəllik, dağlarla əhatə olunan təbii bir gözəllikdə yerləşir. Bu dağların ortasından keçən Kürmük çayı həmin bu təbii gözəlliyə xüsusi bir rəng qatır. Təsadüfi deyil ki, burada bir çox turist mərkəzləri, müasir otel kompleksləri yerləşir. Bakıdan 350 km-lik bir məsafədə yerləşməyinə baxmayaraq Bakıdan və digər şəhədlərdən bura çoxlu turistlər gəlir. Təşkilatın ezamiyyətə gəlmiş qrupu bir neçə gündə ərazini müşahidə etmişdir. Təəssüf ki, həmin turist mərkəzlərində insanlar plastik qablar, birdəfəlik istifadə olunan plastik qabları birbaşa həmin ərazilərə atırlar və buda onu göstərir ki, əhalinin maariflənməsi çox vacibdir.

“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi

S.Həsənov çıxışını davam edərək bildirdi ki, polietilen plastik torba və birdəfəlik qabların istifadəsi Azərbaycanda hər il artır. 2015-ci ildə cəmi 5600 ton istehsal edilən polietilen çanta və torbalar 2022-ci ildə 17500 tona çatmaqla 3 dəfədən çox artmışdır. Bu artım Qax rayonunun marketlərində və mağazalarında da müşahidə olunur və artan tələbat yüksələn dinamikaya malikdir. Baxmayaraq ki, plastik torba və polietilen çantalardan istifadənin azaldılması üçün 2023-ilin fevral ayının 15-dən ticarət marketlərində pulla satışı barədə (15 mkm ölçüdən az olmaqla) qərar qəbul edildi. Lakin təəssüf ki, bu cür metod bir çox ölkələrdə effektli olsada Azərbaycanda baş vermədi və ümumi istehsalda və istifadədə artım dinamikası davam etdi. Plastik məmulatlar 100 illərlə təbiətdə parçalanmır və bir neçə monomer kimyəvi maddənin zəncirvari birləşmələrindən ibarət kimyəvi tərkibi var. Onların toplanıb yandırılması isə atmosferə zəhərli kimyəvi qazların atılmasına səbəb olur və dünya üzrə iqlimdə baş verən dəyişmələrdə əsas qazlardan biri olan CO2-nin atılmasında 13% payı var 1960-cı ildə cəmi 1,5 milyon ton plastik məmulatları istehsal olunub. 1990-cı ildə 67 dəfə artaraq 100 milyon tona çatdı. 2000-ci illərin əvvəllərində istehsal olunan plastik məmulatlarının miqdarı bir onillikdə əvvəlki 40 ildə olduğundan daha çox artdı. Bu gün dünya hər il təxminən 500 milyon ton plastik və birdəfəlik qablar istifadə edir. Dünya üzrə 2050-ci ilədək ilkin plastikin qlo-bal istehsalının 1,100 milyon tona çatacağı proqnozlaşdırılır
Sonra S.Həsənov layihə çərçivəsində hazırlanmış kitabça barədə məlumat verərək bildirdi ki, kifayət qədər elmi və rəsmi məlumatlar topladıqlarından bu 48 səhifəlik balaca kitabçanın ensiklopedik bir məlumat bazası olduğunu vurğuladı. Bu gün bu tədbirdə Sizə paylanan bu kitabça tullantıların və xüsusilə plastik torba və birdəfəlik qabların ətraf mühitə təsiri barədə əyani vəsait kimi istifadə edilə bilər.

“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması” layihəsi

Sonra çıxış üçün söz Mərkəzi Kitabxanasının müdiri Güllü Əhmədovaya verildi. G.Əhmədova qeyd etdi ki, Layihənin Qax rayonunda keçirilməsi və burada söylənən fikirlər tədbirdə iştirak edənləri xeyli düşündürəcək. Çünki plastik qablar və çantalar həyatımıza çox möhkəm inteqrasiya edilib. Hər bir kəs mağazaya və marketə gedərkən bir neçə plastik çanta və birdəfəlik qablar alırlar və ilk istifadədən sonra onu zibil qablarına tullayırlar. Ümidvaram ki, bu tədbirdə təşkilat tərəfindən verilən akademik məlumatlar və biliklər insanlarımızın maariflənməsinə kömək edəcək, onlar özləri və ətrafında olan digər insanların maariflənməsinə və bu qablardan istifadənin azalmasına səbəb olacaq.

Tədbirdə Qax rayon H.Əliyev Mərkəzindən Arzu Dunusova, S.Vurğun adına Mədəniyyət Mərkəzinin işçisi Həyat Mənəfova, Mərkəzi Kitabxananın işçisi Ahidə Əfəndiyeva və başqaları çıxış etdilər. Tədbir sual-cavab formatında davam etdi. Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı.

Əvvəlki məqalə“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən qrant müsabiqəsinin nəticələri elan edilib
Növbəti məqalədəDövlət katibi Ed Miliband: Britaniya COP29-la bağlı Azərbaycanla yaxından tərəfdaşlıq etməyə hazırdır