Qubada sel

Qudyalçaydan keçən güclü sel Quba rayonunun Küpçalqışlaq kəndində fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel nəticəsində Küpçalqışlaq kəndinin ərazisində Qudyalçayın sahilindəki yamac yuyularaq torpaq uçqunu baş verib. 460 nəfər əhalinin yaşadığı kəndin yolunda uçqun nəticəsində ciddi təhlükə yaranıb. Dirəklərin aşması yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında çətinliklər yaradıb.

Əvvəlki məqaləQusarçay üzərində alternativ yolu sel aparıb, Qubadan sərhədə gedən yol müvəqqəti bağlanıb
Növbəti məqalədəCOP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə qeyri-formal məsləhətləşmələr keçirilib