şimşək

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 31-i əsasən gündüz, avqustun 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Əvvəlki məqaləMuxtar Babayev Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri ilə görüşüb
Növbəti məqalədəAzərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək