Muğla-Ula istiqaməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əvvəlki məqaləAzərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Növbəti məqalədəCOP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir