zəlzələ

Sentyabrın 5-də Cəlilabad stansiyasından 28 kilometr şimal-qərbdə – Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 10:45-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələ episentrdə 4 bala yaxın, episentrə yaxın ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Əvvəlki məqalə“Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerji istehsal olunacaq
Növbəti məqalədəZəngilanın meşə ekosistemlərində bəzi bitki növlərinin fitosanitar monitorinqi aparılıb