“ASAN xidmət”in Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reallaşdırdığı “Yeni nəfəs” adlı ekoloji-sosial layihə başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində 1000 körpənin adına ağac əkilib və onların valideynlərinə “Yaşıl gələcək” sertifikatı təqdim olunub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan layihənin məqsədi ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirməyə diqqətin artırılmasıdır.