Gəncədə şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası

Gəncədə 27 Sentyabr – Anım Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Gəncədəki Ekoloji Park Kompleksinin ərazisində təşkil edilən ağacəkmə aksiyasında şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, deputat Pərvin Kərimzadə, ictimaiyyət nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Rəmzi olaraq 44 ədəd Eldar şamı əkilib, onlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub.

Əvvəlki məqaləYaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi – konfrans
Növbəti məqalədəCOP29 prezidenti biomüxtəliflik üzrə qarşıdakı sessiyanı Astrid Şomaker ilə müzakirə edib