Tərtərdə ağacəkmə aksiyası

27 Sentyabr – Anım Günü ilə əlaqədar Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib. Tərtər-Ağdərə avtomobil yolunun kənarında keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla anıblar. Aksiya çərçivəsində 180 Eldar şamı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik işləri aparılıb.

Əvvəlki məqaləSentyabrın 28-i Quduzluğa qarşı Mübarizə Günüdür
Növbəti məqalədəCOP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib