Neftçala rayonu ərazisindəki magistral avtomobil yollarının kənarlarında ağacəkmə aksiyalarının keçirilməsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən növbəti aksiyada Ələt-Astara magistral avtomobil yolunun kənarında 1200-dən çox müxtəlif növ ağac əkilib, aqrotexniki qulluq göstərilib.
Payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10 min ağacın əkilməsi nəzərdə tutulur.