Ölkənin bütün şəhər və rayonlarında olduğu kimi, Naftalanda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdə bu gün növbəti ağacəkmə aksiyası keçirilib. Şəhərin Şirvan prospektində 420 ədəd müxtəlif növ ağac əkilib. Bununla da oktyabr ayında şəhərin müxtəlif ərazilərində keçirilən ağacəkmə aksiyalarında əkilən ağac sayı 670-ə çatıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə şəhər ərazisində yaşıllıqların artırılması məqsədilə 2520 ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.