“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Oğuz rayonunda ağacəkmə aksiyaları davam etdirilir. İndiyədək keçirilən iməciliklərdə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun kənarlarında 1350 ədəd həmişəyaşıl ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində, ümumilikdə, 10 min 110 ədəd həmişəyaşıl ağacın əkilməsi nəzərdə tutulur.