uçqun

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək, yaranmış təhlükə aradan qaldırılıb və avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti bərpa olunub.

Əvvəlki məqalə“Meşənin pıçıltısı” həm sərgi kimi, həm də COP29 ilə əlaqədə daha geniş rezonans doğuracaq
Növbəti məqalədəİspaniyada daşqınlar nəticəsində azı 64 nəfər həlak olub