velomarafon

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “3 iyun Ümumdünya Velosipedçilər Günü” ilə əlaqədar ilə Abşeron Milli Parkında velomarafon keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Pirallahı Tibb Mərkəzi əməkdaşlarının iştirakı, Həmkarlar İttifaqı Komitəsinin və Abşeron Milli Parkının dəstəyi ilə keçirilən veloyürüşə 50-dən artıq TƏBİB əməkdaşı qoşulub.

Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda, ekoturizmi təbliğ̆ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar 12 kilometr məsafə qət ediblər.

Tədbirin sonunda velomarafon iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunub.

Əvvəlki məqaləBərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi “Smartnatıon” platforması ilə əməkdaşlıq memorandumu imzalayıb
Növbəti məqalədəKür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb