Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasının növbəti mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 28-nə kimi davam edəcək aksiyada, ümumilikdə, 16500 ədəd ağac və həmişəyaşıl kollar əkiləcək. Əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilir, suvarma şəbəkəsi çəkilir.