ADMİU-da COP29-la bağlı maarifləndirici görüş

İyunun 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyəti ilə Energetika Nazirliyi yanında ictimai şuranın sədri Şaban Nəsirov, sədrin müavini Mehriban Abdullayeva və ictimai şuranın katibi Samir Həsənov arasında görüş keçirilib.

ADMİU-da COP29-la bağlı maarifləndirici görüşGörüşdə çıxış edən ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva çıxış edərək universitetin rektoru professor Ceyran Mahmudovanın adından qonaqları salamlayıb. Qeyd edib ki, görüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 6-cı sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının noyabr ayında Bakının evsahibliyində keçirilməsi ilə bağlı ADMİU-nun Tədbirlər Planına uyğun olaraq təşkil edilir. Eyni zamanda S.Əliyeva bu günə qədər COP29-la bağlı universitetdə keçirilən tədbirlər, sərgi və konfranslar barədə qonaqlara məlumat verib.

Görüş iştirakçıları noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) və universitetlərin bu mötəbər tədbirdə rolu barədə geniş müzakirələr aparıblar.

Bildirilib ki, bu sahədə tələbələrin daha geniş maarifləndirilməsinə ehtiyac var. Bunun üçün də universitetlərdə silsilə şəklində bu cür maarifləndirici görüşlər davam etdirilir.

ADMİU-da COP29-la bağlı maarifləndirici görüş

Müzakirələr nəticəsində yaxın zamanda tələbələrin də iştirakı ilə daha geniş aspektdə görüşün təşkilinə qərar verilib.

Əvvəlki məqaləCOP29 Əməliyyat Şirkəti biznes nümayəndələri üçün “Milli öhdəlik” proqramına başlayır
Növbəti məqalədəÜmumdünya Ətraf Mühit Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib