zəlzələ

Adriatik dənizində 4,7 bal gücündə yeraltı təkan qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri dənizin mərkəzi hissəsi olan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib. Yeraltı təkan İtaliyanın Bari şəhərində, eləcə də Xorvatiyanın Dobrovnik şəhərində hiss edilib. Zəlzələ bəzi bölgələrdə əhali arasında təşvişə səbəb olub. İnsanlar sosial şəbəkələrdə şiddətli sarsıntı əsnasında çəkilən çoxsaylı videolar paylaşıblar.

Dağıntı və tələfat olmadığı bildirilir.

Əvvəlki məqaləHava çirkliliyi Alzheimer xəstəliyinin inkişafına səbəb olur
Növbəti məqalədəSabah Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağıntı gözlənilir