AQTA “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimat beynəlxalq tədbir zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır.

Təlimatda ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri əksini tapıb.

COP29-la bağlı Agentliyin təsdiqlədiyi Tədbirlər Planına əsasən, hazırlanan həmin təlimatın ictimai iaşə müəssisələrində paylanılması nəzərdə tutulub.

Əvvəlki məqaləİtaliyalı ekspert: COP29 Azərbaycanın enerji keçidinə sadiqliyini göstərmək üçün mühüm platforma olacaq
Növbəti məqalədəİctimai şura üzvləri ilə görüş keçirilib