Azərbaycan və Dünya Bankı arasında ikitərəfli əməkdaşlığın prioritetləri nəzərdən keçirilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli əməkdaşlığın prioritetlərini – qurumun hazırladığı Ölkə Tərəfdaşlıq Çərçivəsi üzrə investisiya layihələrini və COP29 tədbiri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, – deyə o qeyd edib.
Dünya Bankının (#DB) (@WorldBank) Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti xanım Antonella Bassaninin (@anbassani) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli əməkdaşlığın prioritetlərini nəzərdən keçirdik:
– DB tərəfindən hazırlanan Ölkə Tərəfdaşlıq… pic.twitter.com/OJzOqd2bH2
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 7, 2024