Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, aksiyaya Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar mayın 10-da ölkəmizin şimal-qərb bölgəsindən start verilib.

Aksiya çərçivəsində Zaqatala, Balakən və Qax rayonlarında yerləşən məscidlərin, kilsələrin həyətlərində ağaclar əkilib, həmçinin təmizlik işləri aparılıb.

Tədbirlərdə DQİDK-nın bölgə üzrə şöbəsinin əməkdaşları, dini konfessiyaların nümayəndələri, regionun din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər.

Qeyd edək ki, aksiya çərçivəsində cari ilin may-oktyabr aylarında Bakı şəhərində, eyni zamanda, respublikamızın bölgələrində dini icma üzvləri, din xadimləri, dini konfessiyaların nümayəndələri, habelə yerli icra hakimiyyəti orqanları və gənclərin iştirakı ilə silsilə abadlıq, yaşıllaşdırma tədbirləri həyata keçiriləcək.

Əvvəlki məqaləUlu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib
Növbəti məqalədəPan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib