Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniya İctimai Siyasət Tədqiqat və Təhlil İnstitutunun (KIPPRA) icraçı direktoru Roz Nqugi ilə COP29-u müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə KIPPRA bildirib.
“KIPPRA bu gün Azərbaycanın Keniyadakı səfiri Zati-aliləri Sultan Hacıyevi qonaq edib. Səfiri KIPPRA-nın icraçı direktoru Dr. Rouz Nqugi qəbul edib”, – beyin mərkəzinin sosial şəbəkə hesabında diqqətə çatdırılıb. Qeyd olunub ki, görüşdə cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29 ətrafında fikir mübadiləsi aparılıb.
“Bu görüşün məqsədi çoxtərəfli inkişafı artırmaq üçün müvafiq maraqlı tərəflərlə səmərəli əməkdaşlığa diqqət yetirərək iqlim fəaliyyətində gənclərin iştirakını və COP29-u müzakirə etmək idi”, – nümayəndələri sözügedən görüşə qatılmış Keniya Milli Gənclər Şurasının məlumatında vurğulanıb.