payız

Azərbaycana payız fəsli qədəm qoydu.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43-də daxil olub. Bu gün payız gecə-gündüz bərabərliyi qeydə alınır.

Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib. Beləliklə, Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayıb.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

Əvvəlki məqaləCOP29 çərçivəsində Bakıda 350 avtobus işləyəcək
Növbəti məqalədəBosniya və Herseqovinada zəlzələ baş verib