Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli

Azərbaycanda bitki sağlamlığı sahəsində zərərvericilərə dair risklərin idarə edilməsi sistemi qurulur.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bitki sağlamlığı sahəsində zərərvericilərə dair risklərin idarə edilməsi sisteminin qurulması, bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi, inteqrir bitki mübarizə üsullarının tətbiqinin genişləndirilməsi, bioloji mübarizənin təşviqi hesabına zəhərli kimyəvi vasitələrdən istifadənin minimuma endirilməsi kimi hədəflər üzərində iş aparılır.

AQTA sədri xatırladıb ki, beynəlxalq ekspertlərin iştirakı ilə yeni “Bitki sağlamlığı haqqında” qanun layihəsi hazırlanıb və razılaşdırılması üşün digər qurumlara göndərilib: “Yeni qanun layihəsində bitki mühafizəsinin təşkili, ərazidə fitosanitar karantin rejiminin tətbiqi, bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin istifadəsinə dair bir sıra yeniliklər nəzərdə tutulub”.

Əvvəlki məqaləCOP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib
Növbəti məqalədəBakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir