Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov İsveç Parlamentinin Ətraf mühit və kənd təsərrüfatı komitəsinin sədri, xarici əlaqələr komitəsinin üzvü Emma Nohren ilə Riksdaqda görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Müzakirələrdə əsas diqqət cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıq məsələlərinə yönəldilib, bu mötəbər beynəlxalq tədbirlə bağlı iki ölkə arasında mümkün qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib.