İyunun 27-28-də Bakıda keçirilən “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forum çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Serbiya Respublikası Ətraf Mühitin Mühafizəsi Nazirliyinin dövlət katibi Sara Pavkov ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ətraf mühitin mühafizəsi məsələləri və iki ölkə arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.