“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərişıq” ASC daha bir ağacəkmə aksiyasına başlayıb. Aksiya bütün ölkə ərazisini əhatə edir.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşları 20 Oktyabr – Energetiklər Günü ilə əlaqədar Şirvan və Xaçmaz RETSİ-nə (Regional Enerji Satışı və Təchizatı İdarəsi) daxil olan rayonlarda minlərlə ağac əkiblər. Ağaclar “Azərişıq” ASC-nin regional idarələri, yerli şəbəkələr, həmçinin yarimstansiyalar ətrafında ayrılmış xüsusi ərazilərdə əkilir. Qarşıdakı günlərdə əkiləcək ağacların sayının 100 minə çatdırılması nəzərdə tutulur.
Görülən işlər, eyni zamanda, gələn ay Bakıda keçiriləcək COP29-a dəstək xarakteri daşıyır.