qar

Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Saat 22:00-a olan məlumata əsasən, bəzi yerlərdə leysan xarakterli yağış, dağlıq ərazilərə isə qar yağır. Yağıntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.

Qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.

Əvvəlki məqaləMilli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda müzakirə təşkil olunub
Növbəti məqalədəNamazgah-Lahıc yolunda kiçikmiqyaslı uçqun qeydə alınıb