sel

İyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Əvvəlki məqaləHövsan və Türkan sahillərində balıqların tələf olma səbəbi açıqlanıb
Növbəti məqalədəKüləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib