şimşək

İyulun 7-si saat 17:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Biləsuvar, Sabirabad, Mingəçevir, Sarıbaş (Qax), Kişçay (Şəki), Göygöl, Xaltan, Qusar, Şəmkir, İsmayıllı, Goranboy, Daşkəsən, Qobustan, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış, Abşeron yarımadasının bəzi yerlərində isə qısamüddətli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 23-28 dərəcəyədək isti qeydə alınıb.

Əvvəlki məqaləHava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb
Növbəti məqalədəNaxçıvanda “Yaşıl dünya könüllüləri” mükafatlandırılıb