yağış

Saat 11:00-a olan məlumata görə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 2 mm, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 mm-dək olub.

Lerik, Şahdağ, Qrızda duman müşahidə olub. Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

Əvvəlki məqaləGöygöldə “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib
Növbəti məqalədə“Yaşıl dünya naminə həmrəylik ili” müsabiqəsinin nəticələri elan edilib