leysan

Azərbaycanın rayonlarında noyabrın 5-i gündüzdən 6-sı gündüzədək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə – Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astarada leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Əvvəlki məqaləCOP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib
Növbəti məqalədəKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib