ağacların kəsilməsi

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İran Klinikasının yaxınlığında ağac kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Dünya Əhmədova məlumat verib.

O bildirib ki, araşdırma zamanı sözügedən ünvanda quru söyüd ağacının Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən kəsildiyi müəyyən edilib.

“Qeyd edək ki, Bakı şəhəri ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi işləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin verdiyi müvafiq rəy əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir və bu işlər növbəti günlərdə də davam edəcək”, – deyə Dünya Əhmədova vurğulayıb.

Əvvəlki məqaləSabah yağış yağacaq, külək güclənəcək
Növbəti məqalədəXəbərdarlıq: Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcək