Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında güclü küləklə bağlı xəbərdarlıq edib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, noyabrın 11-i gündüzdən 12-si axşamadək cənub küləyinin 15-18 metr/saniyə, arabir 20-23 metr/saniyə, 13-də gündüz isə şimal-qərb küləyinin arabir 18-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir.