ARB kanalında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olar süjet efirə getmişdir. Süjetdə Bakı şəhərinin yaşıllıq probleminə həsr edilib.
2024-cü ildəki hədəflərimiz arasında ölkəmizin ətraf mühitinin qorunması və bununla həyata keçiriləcək proqramalar da var. Elə gələn ilin “ Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyil. Planlaşdırılır ki, 2030- ilə qədər Azərbaycan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi tanıdılsın. 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar da çox mühüm hadisədir. Odur ki, biz elə bu gündən başlayaraq, ölkəmizdə geniş vüsət alan ətraf mühit probleminin aradan qaldırılmasını daha da sürətləndirməliyik. Bəs, bundan sonra hansı işlər görülməlidir ki, şəhərimizin özü kimi havası da gözəlləşsin?