Balakən

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində başlanan ağacəkmə aksiyasına balakənlilər də fəal qoşulublar.

Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex, Gərəkli və Qullar kəndlərindən keçən hissələrində 780 ədəd həmişəyaşıl şam ağacı əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində 3 min ədəd şam ağacının əkilməsi nəzərdə tutulur.

Əvvəlki məqaləNaxçıvanda ilk dəfə “GreenFest” festivalı keçirilib
Növbəti məqalədəHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib